top of page
“PRO SECURİTY” mühafizə şirkəti 2008-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Vergilır Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya Hüquqi Şəxslərin Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyatından keçmiş (VÖEN № 1700918811), “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2007-ci il tarixli qanununa uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 09 saylı 17 mart 2014-cu il tarixli xüsusi razılıq (lisenziya №041325) əsasında Respublikamızın ərazisində özəl mühafizə fəaliyyəti ilə məşğul olur.
“PRO SECURİTY” mühafizə şirkətində hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə işləmiş, geniş əlaqələri olan Respublikada sahə üzrə şəraiti yaxşı bilən peşəkar mütəxəssislərin rəhbərliyi altında, yerli hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə olmaqla, öz sifarişçilərini onların tələblərinə uyğun olaraq mühafizəçilərlə və təhlükəsizlik üzrə əməkdaşlarla təmin edir. Şirkətin mühafizəçiləri hərbi xidmət keçmiş, fəal fiziki hazırlıqla məşğul olan, xüsusi hazırlıq kursları keçən şəxslərdir. Əməkdaşlarımız ən yüksək peşəkar standartlara əsaslanaraq mühafizəni maksimum dərəcədə təmin edirlər.
Şirkətin Texniki şöbəsində mühafizə və təhlükəsizlik texnikası sahəsində istənilən mürəkkəblik səviyyəsində olan layihələrin hazırlanmasında və həyata keçirilməsində böyük təcrübəyə malik mütəxəssislər çalışır.Layihələr həm verilən texniki tapşırığa uyğun, həm də sifarişçinin maddi imkanını nəzərə almaqla tərtib olunur. Müasir texnologiyalar əsasında (Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazə verdiyi, beynəlxalq sertifikata malik xarici tanınmış şirkətlərdə istehsal olunan) videomüşahidə və personal nəzarət sistemlərini, təhlükəsizlik sistemləri üçün avadanlıqlarla təchiz etməni, layihəsini hazırlamağı, quraşdırmağı və servis xidmətini həyata keçirir.
Hal-hazırda aşağıda qeyd olunan şirkətlərlə sıx əməkdaşlıq edirik:
1) H.Əliyev adına Sarayı
2) SOCAR Bakı Olimpiya Stadionu
3) AFFA
4) "Ekol mühəndislik xidmətləri" ASC
5) SOCAR CAPE
6)"Crystal Hall"
“PRO SECURİTY” MMC “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 10 aprel 2007-ci il tarixli Qanununa uyğun olaraq aşağıdakı xidmətləri təklif edir:
* Obyektlərin (ofislərin, səfirliklər, bankların, istehsal və digər obyektlərin, tikinti obyektlərinin, qiymətli mal və əmlakın saxlandığı yerlərin mühafizəsi, ümumtəhsil mərkəzləri və s.) təhlükəsizliyini və mühafizəsini təmin etmək;
* Texniki və elektron təhlükəsizlik vasitələri sahəsində kompleks xidmətlər (layihələndirmə, montaj, mühafizə-siqnalizasiya sistemlərinin quraşdırılması və xidmət, video müşahidə, perimetrin mühafizəsi, girişə nəzarət).
* Nəqliyyat vasitələri saxlanılan yerlərdə durma-dayanma avadanlıqları;
* Mühafizə olunan obyektlərdə nəzarət - keçid rejiminin və ictimai asayişin qorunmasının təmin edilməsi;
* Təhlükəsizlik üzrə treninq, təlim;
* Konfranslar, sərgilər və işgüzar görüşlər keçirilərkən təhlükəsizliyi təmin etmək;
* Hüquqa zidd qəsdlərdən mühafizə məsələləri ilə bağlı fiziki və hüquqi şəxslərə tövsiyələrin hazırlanması.
Yerinə yetirilən xidmətlərin keyfiyyətinin durmadan yüksəldilməsinin qeyri-şərtsiz prinsipləri, şəxsi heyətin peşəkarlığı, kadrların dərindən seçilməsi və rəhbərlik tərəfindən ciddi nəzarətin olmasıdır.
“PRO SECURİTY” Şirkəti ilə əməkdaşlığın aşağıdakı üstün cəhətləri vardır;
* Obyektinizin təhlükəsizliyinin məsuliyyətini daşıyan müstəqil mühafizəni əldə etmək;
* Öz vəzifə borclarını Azərbaycan Respublikası Qanunlarına tam uyğun şəkildə yerinə yetirən, nəzəri və praktiki cəhətdən hazırlıqlı, ingilis dilini bilən mühafizəçilər tərəfindən obyekt mühafizəyə götürülür.
* Bütün mühafizəçilər müvafiq ləvazimatlarla – xüsusi geyim, rabitə, əl qandalları, fənər, və s. ilə təmin olunurlar;
* Beynəlxalq standartlara uyğun şəkildə qəbul edilmiş qaydalar əsasında yüksək səviyyəli xidmət;
* Hər hansı bir qanunsuz hərəkəti həyata keçirmək məqsədi ilə sizin obyektin əməkdaşlarının mühafizəçilərlə əlbir olması ehtimalı minimuma endirilir.
* Fövqəladə vəziyyət yaranan zaman Sizin obyektin mühafizəsinə əlavə qüvvə və vasitə cəlb etmək imkanı;
* Mobil patrulun mövcudluğu;
* Obyektdə baş vermiş hadisələri Şirkətin mütəxəssisləri tərəfindən əməli olaraq peşəkar səviyyədə araşdırmaq imkanları;
* Mühafizə ilə əlaqədar bütün məsələlərin həlli;
* Mühafizəçilərin mühafizə olunan obyektə bizim nəqliyyatla çatdırılması;
* Texniki və elektron təhlükəsizlik vasitələrinin servis xidməti;
“PRO SECURİTY” Şirkətinin fəaliyyətinin əsasında sifarişçilər qarşısında götürülən öhdəliklərin ən optimal səviyyədə yerinə yetirilməsi durur.
Şirkətimiz, bizə müraciət edən Şirkət və təşkilatların tələblərinə uyğun olaraq tez və sərfəli xidmətlər sistemi təşkil etməyə çalışır. Bizim ümdə vəzifəmiz münasib bazar qiymətləri ilə yüksək keyfiyyətli xidmət göstərməkdir. Şirkətin əsas məqsədi - sifarişçini razı salmaqdır.
Hazırda tədris müəssisələrinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsinin aktual əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Sizə, “PRO SECURİTY” Mühafizə şirkətinin əməkdaşları tərəfindən fiziki və texniki təhlükəsizlik vasitələrinin tətbiqi ilə tabeliyinizdə olan obyektlərin qorunması barədə müraciət edir və təkliflərimiz müzakirənizə təqdim olunur.
Təkliflərimiz tərəfinizdən maraq doğurarsa, “PRO SECURİTY” MMC-nin mütəxəssisləri Sizinlə görüşüb bütün məsələləri hərtərəfli müzakirə etməyə hazır olduqlarını bildirirlər.
SİZİN TƏHLÜKƏSİZLİYİNİZ BIZƏ ETİBARINIZDIR!
bottom of page